Ana səhifə
19 Sentyabr 2018

Daha bir ümumtürk tv kanalı yaradılır

Türk dövlətlərinin ortaq televiziyası fəaliyyətə başlayacaq. “Ucnoqta.az” xəbər verir ki, ans-press -in məlumatına görə, Avrasiya Media Birliyinin türk dövlətlərində ortaq yayımlanacaq kanalı "Eurasia Life" 15 noyabrdan test yayımına başlayır. Kanal türk, rus və ingilis dillərində olacaq. 

Avrasiya Media Birliyinin icrakı katibi Halit Ziya Alptekinin sözlərinə görə, "Eurasia Life" birliyin ən böyük layihələrindən biridir. 
Kanal ilk olaraq Ankara və İstanbul studiolarından, sonra isə digər ölkələrin dövlət televiziyalarının studiyalarından yayıma başlayacaq. 
Kanal türk dilinin yayılması ilə yanaşı, eyni mədəni köklərə, ortaq tarixə sahib, ancaq fərqli coğrafiyalarda yaşayanları bir araya gətirəcək. 
Mərkəzi Türkiyədə olan Avrasiya Media Birliyi başda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Şimlali Kipr, Özbəkistan və Türkmənistan olmaqla, Asiya və Avropanın media qurumları arasında informasiya paylaşımı, qarşılıqlı səfərlər, seminarlar, təlim proqramları keçirəcək. Bundan əlavə mediadan daha səmərəli istifadə üçün fəaliyyət göstəriləcək.

Tarix
17 Oktyabr 2014 [11:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin