Salyanda avtomobil su kanalına aşıb, ölən və xəsarət alan var

23:00 - 8 Dekabr 2021 - HADİSƏ

Salyanda ölüm və xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə Seyidsadıqlı kəndində qeydə alınıb. Belə ki, “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq su kanalına aşıb. Qəza nəticəsində bir nəfər (şəxsiyyəti dəqiqləşdirilir-red) ölüb, rayonun Şorsulu kənd sakini, 1986-cı il təvəllüdlü Rzayev Alim Əzizağa oğlu isə xəsarət alıb.

Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti