Vilayət Eyvazov bu rayona yeni polis rəisi TƏYİN ETDİ

22:41 - 8 Dekabr 2021 - Xəbər

Daxili işlər orqanlarında yeni təyinat olub.

Ucnoqta.az Oxu.az-a istinadən xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Xətai Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini polis polkovnik-leytenantı Zaur Nəsirov vəzifəsindən azad edilərək Göygöl Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

Qeyd edək ki, Z.Nəsirov 1980-cı ildə Xankəndi şəhərində anadan olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Hüqüq fakultəsini bitirib.

Həmin ildən daxili işlər orqanlarında xidmət edir.

Xəbər xətti