Nazir iki polkovnik-leytenanta yeni vəzifə verdi

22:30 - 8 Dekabr 2021 - Xəbər

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Bununla bağlı daxili işlər naziri Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Şakir Rüstəmov Qazax rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsindən azad edilərək, Mingəçevir şəhər Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsinə təyin olunub.

Göyçay rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Fəxri Aslanov isə vəzifəsindən azad olunaraq Qazax rayon Polis Şöbəsinə xidmət üzrə rəis müavini təyin olunub.///oxu.az

Xəbər xətti