Gəncədə oğul atasını bıçaqladı

16:00 - 8 Dekabr 2021 - HADİSƏ

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Hadisə Üzeyir Hacıbəyov küçəsində yerləşən kafelərin birində qeydə alınıb.

Orta yaşlı kişi sol qolunun bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstənin yarası tikilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, o, oğlu tərəfindən bıçaqlanıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.///apa

Xəbər xətti