Göygöldə yol qəzasında avtomobillərdən biri aşıb

17:20 - 8 Dekabr 2021 - HADİSƏ

Göygöl rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

Hadisə rayonun Hacıməlik kəndinin ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Tayota-Hilux" markalı avtomobil qarşı tərəfdən gələn "VAZ-21015" markalı avtomobilə çırpılaraq aşıb. Nəticədə aşan avtomobilin sürücüsü müxtəlif bədən xəsarətləri alıb. O, Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.///report

Xəbər xətti