Almaniyanın yeni kansleri seçildi - Foto

13:42 - 8 Dekabr 2021 - DÜNYA

Almaniya Bundestaqının bu gün keçirilən iclasında Olaf Şolts kansler seçilib.

APA-nın Bundestaqın saytına istinadən verdiyi xəbərə görə, O. Şoltsun namizədliyinə 395 deputat səs verib.

Sosial Demokrat Partiyasının namizədi olan O. Şolts Belvyu sarayında Prezident Valter Ştaynmayerlə görüşəcək. Bundan sonra o, parlamentə qayıdaraq and içəcək və səlahiyyətlərinin icrasına başlayacaq.

Xəbər xətti