Saatlıda karantini pozan kafenin icarədarı cərimələnib

12:29 - 8 Dekabr 2021 - HADİSƏ

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən gecə saatlarında rayon ərazisində sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərən kafe aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, sanitar-epidemioloji normalarını pozaraq gecə saatlarında fəaliyyətini davam etdirən obyektin icarədarı E.Muradov karantin qaydalarını pozduğuna görə inzibati məsuliyyətə cəlb edilib.

Xəbər xətti