Keçmiş polis bir milyon dollar dələduzluqda ittiham olunur

12:01 - 8 Dekabr 2021 - HADİSƏ

Xüsusilə külli miqdarda dələduzluqda təsirləndirilən Elvin Həşimlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın xəbərinə görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Azad Məcidovun icraatına verilib.

Qeyd edək ki, E.Həşimli 1 milyon dollardan çox dələduzluqda ittiham olunur. O keçmiş polis əməkdaşıdır.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib.

İş üzrə zərərçəkmiş şəxs qismində Möhkəm Səmədov tanınıb.

Xəbər xətti