Koronavirus xəstəsi olan ata və oğul ictimai yerdə saxlanılıb

11:41 - 8 Dekabr 2021 - HADİSƏ

Ağstafada müalicə olunduqları ünvanı tərk edən koronavirus xəstələri ictimai yerdə saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Ağstafa rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər zamanı yoluxduqları COVİD-19 infeksiyasından sağalmayan rayon sakinləri - Hacımurad Quliyev, onun oğlu Mehman Quliyev və Elnur Paşayevin ev şəraitində müalicə almalarına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadıqları evi tərk etmələri aşkar edilib. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə həmin şəxlər yaşadıqları evə göndərilib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Emin

Xəbər xətti