Beyləqanda dəhşətli intihar - Uşaqlarını dərsə, yoldaşını bazarlığa göndərib özünü güllələdi

10:51 - 8 Dekabr 2021 - HADİSƏ

Dekabrın 6-da Beyləqan rayonunun Baharabad kəndində İbrahimcan Muradov intihar edib.

Ucnoqta.az-ın Publika.az-a istinadən məlumatına görə, 1 ay əvvəl yaşla əlaqəli pensiyaya çıxan 65 yaşlı İ.Muradov ailə üzvləri evdə olmayan vaxt saat 10 radələrində özünü güllələyərək öldürüb.

Bildirilib ki, İ.Muradov ikinci evliliyindən olan uşaqları orta məktəbə dərsə göndərib, daha sonra isə onun həyat yoldaşı bazarlıq məqsədilə evdən çıxıb. Bundan sonra, evdə heç kimin olmadığı vaxt 65 yaşlı kişi tüfəngi götürərək özünə atəş açıb və həyatına son qoyub.

Yaxınlarının bildirdiyinə görə, son vaxtlar onun səhhətində problemlər yaranıb və beynində qan dövranı pozulub. Bu səbəbdən İ.Muradov zəifləyib, hərəkət etməsi çətinləşib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Xəbər xətti