Ana səhifə
22 Sentyabr 2018

Deputatlar Qarabağ münaqişəsi ilə bağlı Almaniya hökumətinə sorğu göndərib

Almaniya Bundestaqındakı Solçular fraksiyasının deputatları Katrin Kunert, Volfgang Gerke, Annette Groth, Heike Hänsel, İnge Höger, Andrej Hunko, Mixael Leutert və Stefan Liebich AFR Hökumətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sorğu göndəriblər.
Ucnoqta.az Azərtac-a istinadla bildirir ki, sorğuda bu fraksiyasının mövqeyi olaraq BMT Təhlükəsizlik Şurasının, BMT Baş Assambleyasının, Avropa Şurası və digər beynəlxalq təşkilat və institutların qərar və qətnamələrinə əsasən Dağlıq Qarabağın Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olduğu qeyd olunur, azərbaycanlı məcburi köçkünlərin Dağlıq Qarabağa və işğal olmuş digər ərazilərə geri qayıtmaq hüququ tanınır.
Solçular, ATƏT–in Minsk qrupunun sözügedən münaqişənin həlli ilə bağlı göstərdiyi səylərə AFR hökumətinin münaqişənin həllinə indiyə qədər verdiyi töhfə və bundan sonra göstərə biləcəyi köməklik, və s. məsələlərə aydınlıq gətirməsini istəyiblər.
Sənəddə, həmçinin Rusiyanın son zamanlar vasitəçilik səylərini artırmasına, eləcə də cari ilin avqust ayında təmas xəttində atəşkəsin intensiv şəkildə pozulmasının danışıqlar prosesinə təsiri barədə AFR hökumətinin mövqeyi soruşulur.

Tarix
17 Oktyabr 2014 [11:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin