ÜST-dən "omikron" ştamı ilə bağlı AÇIQLAMA

01:00 - 6 Dekabr 2021 - DÜNYA

İlkin məlumatlar koronavirusun "omikron" ştammı ilə yoluxanların COVID-19-u daha yüngül formada keçirtdiyini göstərir. Lakin bununla bağlı yekun nəticə çıxarmaq hələ tezdir.

Ucnoqta.az xəbər verir ki, bu barədə "CBS" telekanalının efirində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerkhove bildirib.

Onun sözlərinə görə, "omikron" ştammının səbəb olduğu xəstəliyin ağır olma dərəcəsinə dair məlumatlar hər gün yenilənir:

"İlkin məlumatlar göstərir ki, "omikron" ştammına yoluxan insanlar adətən xəstəliyi daha yüngül formada keçirirlər, lakin bu barədə danışmaq hələ tezdir".

M.Van Kerkhove qeyd edib ki, bu, xəstəliyə yoluxmadan tam sağalana qədər müddətdən keçmə prosesi vaxt tələb edir.

Xəbər xətti