Goranboyda 2 Türkiyə vətəndaşı dəm qazından ölüb

19:19 - 5 Dekabr 2021 - HADİSƏ

Goranboyda zəhərlənmə hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə rayonun Qarasüleymanlı kəndində qeydə alınıb. 3 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Türkiyə vətəndaşları 1971-ci il təvəllüdlü Mustafa Zəngin və 1967-ci il təvəllüdlü Cavid Özoğul dünyasını dəyişib. 1989-ci il təvəllüdlü Yolçiyev Nüsrətin vəziyyəti ağırdır. Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti