Kürdəmirdə avtomobil su kanalına düşüb, xəsarət alan var - FOTO

17:24 - 4 Dekabr 2021 - HADİSƏ

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi olub.

Hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qarayev Mais Ləzgi oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra avtomobil yoldan çıxaraq su kanalına düşüb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarəti alıb, maşına isə ciddi ziyan dəyib.

Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti