Göyçayda 80 yaşlı kişini yük maşını vuraraq öldürüb

Göyçay şəhərində piyadanı avtomobil vurub.

Hadisə bu gün şəhərin Natəvan küçəsində qeydə alınıb. "Ford" markalı yük avtomobili yolu keçən piyadanı, 1941-ci il təvəllüdlü Cəlal Əhmədovu vurub. Yoldakı sürücülərdən biri yaralını şəxsi avtomobilinə qoyaraq xəstəxanaya çatdırmağa çalışıb. Yaralını aparan "VAZ 2107" markalı minik avtomobili şəhərin Nizami küçəsində digər "VAZ 2107" markalı minik avtomobili ilə toqquşub. Bu qəzadan sonra 80 yaşlı kişi "Mercedes" markalı avtomobillə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.///apa

Tarix
4 Dekabr 2021 [15:57]
Müəllif
Üç nöqtə
2021-12-04 15:57:07
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin