Dövlət başçısı İlham Əliyev Finlandiya Prezidentini təbrik edib

15:01 - 4 Dekabr 2021 - Xəbər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Finlandiya Respublikasının Prezidenti Sauli Niinistöyə təbrik ünvanlayıb.

Təbrik məktubunda deyilir: “Finlandiya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Finlandiya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Xəbər xətti