Türkiyədə dənizə yıxılan azərbaycanlı gəmiçinin nəşi tapılıb

17:50 - 2 Dekabr 2021 - HADİSƏ

Türkiyənin Zonquldaq şəhərinin Ereğili rayonunda limanda lövbərli gəminin qopan kəndirinin vurması nəticəsində dənizə yıxılan ekipaj üzvü, Azərbaycan vətəndaşı Anar Orucovun meyiti dalğıclar tərəfindən tapılıb.

Bu barədə məlumatı DHA yayıb.

Hadisə ötən gün gecə baş verib. Bildirilib ki, 22 yaşlı gəncin meyiti yıxıldığı yerə yaxın ərazidə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti