Şimal bölgəsində 30 santimetrə qədər qar yağıb

09:53 - 2 Dekabr 2021 - Cəmiyyət

Ötən gün axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb.

APA-nın məlumatına görə, ən çox qar Qubanın Qrız və Qusarın Ləzə kəndlərində qeydə alınıb. Bu ərazilərdə qarın hündürlüyü 30 santimetrə çatır.

Qubanın Xınalıq kəndində 25, Xaltanda 10, Qusarın Həzrə kəndində 4, Xızının Altıağac qəsəbəsində isə 7 santimetr hündürlüyündə qar var.

Qubanın rayon mərkəzində isə qarın hündürlüyü 1 sm-ə çatıb.

Temperatur mənfi 7 dərəcəyədək aşağı düşüb.

 

Xəbər xətti