Azərbaycanda polis ailəsi ilə birgə yanaraq öldü

08:40 - 2 Dekabr 2021 - HADİSƏ

Ağcabədi rayonunun Hindarx qəsəbəsində fərdi yaşayış evində baş verən yanğın söndürülüb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə baş verən evdə 3 nəfər yanaraq ölüb. Bunlar 1991-ci il təvəllüdlü Kərimov Miri Firdovsi oğlu, bir yaş yarımlıq Kərimov Pünhan Miri oğlu və Kərimova Nailə İsa qızıdır.
Həlak olanlar bir ailənin üzvləridir.
Kərimov Miri post patrul xidmətinin komandiridir.

Xəbər xətti