Heç vaxt Afrikada olmayan şəxs Omikron ştammına yoluxdu

00:09 - 2 Dekabr 2021 - DÜNYA

İsveçrədə koronavirusun Omikron ştammına yoluxan ilk şəxs gimnaziya şagirdi olması təəccüb doğurub.

Lent.az-ın xəbərinə görə, yoluxmuş şəxs Afrikada heç vaxt olmayıb, son həftələrdə isə yaşadığı Bazel şəhərini ümumiyyətlə tərk etməyib.

19 yaşlı gəncdə heç bir simptom yoxdur, özünü yaxşı hiss edir. Yoluxma təsadüfən, kollecdə kütləvi test nəticəsində aşkara çıxıb. Xəstə təcrid olunsa da, ona heç bir müalicə tətbiq edilmir. 

Xəbər xətti