Ana səhifə
20 Sentyabr 2018

«Zirvə-2015» mükafatına layiq görülən sənət adamları

Şövqi Hüseynov: “Mükafata layiq görülmək sənət adamında məsuliyyəti və cavabdehlik hissini daha da  artırır”

 

Elçin Musaoğlu: “Nominasiyaya layiq olmağımı gözləmirdim və bu barədə heç vaxt düşünməmişdim”

 

Martın 10-da Milli Teatr Günü ilə bağlı Azərbaycan Dövlət Musiqili Teatrında “Zirvə-2015” mükafatının təqdimat mərasimi olub. Tədbirdə bir çox sənət adamları mükafatlara layiq görülüblər. “Milli sərvət” nominasiyasında xalq artisti, bəstəkar Xəyyam Mirzəzadə, “Musiqi” nominasiyasında xalq artsiti Yalçın Adıgözəlov, “Teatr” nominasiyasında Şəki Dövlət Dram Teatrı, “Kino” nominasiyasında “Nabat” filminin bədii yaradıcı qrupu, “Təsviri sənət” nominasiyası üzrə Teymur və Mahmud Rüstəmov qardaşları, “Debüt” nominasiyasında əməkdar artist Şövqi Hüseynov, “Azərbaycan mədəniyyətinə dəyərli töhfə” nominasiyasında “YARAT” Müasir İncəsənət Məkanının təsisçisi və rəhbəri Aida Mahmudova mükafata layiq görülüblər.

“Üç nöqtə”yə danışan əməkdar artist Şövqi Hüseynov dedi ki, nominasiyaya layiq görülmək qürur, cavabdehlik və böyük məsuliyyətdir: “ İnşallah, hər zaman mükafatı doğrultmağa çalışacam. Sözün açığı, nominasiyaya layiq görülməyimi gözləmirdim. Nominasiya təqdim olunan gün səhər saatlarında bilmişəm və sağ olsunlar ki, bu haqda deməyiblər. Əvvəl bu barədə desəydilər narahat olardım. Mənim üçün bu mükafatın dəyəri çox böyükdür. Buna görə Musiqili Teatrın direktoru Əliqismət Lalyevə, baş dirijorumuz Nazim Hacıəlibəyova, Cənnət Səlimovaya və Afaq Bəşirqızı başda olmaqla bütün aktyorlara təşəkkürümü bildirirəm. Bu nominasiyaya layiq olmağıma çox həssaslıqla yanaşdılar. Musiqili Teatrda “Debüt” mükafatına layiq görülmüşəm və mənim debütüm idi. Onunla bağlı çox gərgin məşqlər etdik və sağ olsunlar ki, bu şəraiti yaratdılar, üzümüz ağ oldu.”

Əməkdar artist onu da qeyd etdi ki, aktyorun sənətini qiymətləndirmək çox gözəl bir hiss və stimuldur: “Bu nominasiyaya layiq görülməyi bütün sənət dostlarıma arzu edirəm. Yaradıcılıqla məşğul olmağa həmişə həvəsimiz var və həvəs olmasa bu sənəti seçməzdik. Mükafata layiq görülmək sənət adamında məsuliyyəti, sənətinə qarşı ciddi və cavabdehlik hissini daha da artırır. Çünki o mükafat Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sənət adamlarına verilənən ən yüksək mükafatıdır. Orada çox önəmli sənət damalarının adı var və mənim də o siyahıda adımın qeyd olunması çox  xoşdur. O məsuliyyəti, adı daşımaq üçün güc, enerji, güclü fəaliyyət lazımdır və hər zaman adı şərəflə daşımağa çalışacam”.

Yaradıcılığndan danışan aktyor dedi ki, Musiqili Teatrdan bir neçə tamaşada oynamaq üçün dəvət alıb: “Əliqismət müəllim bir neçə tamaşada iştirak etmək üçün dəvət edib. Gənc Tamaşaçılar Teatrında da işimiz davam edir. Tanrıya  minnətdaram ki, mənə aktyor ömrü yazıb və nə xoş ki, mən aktyor oldum. Bütün aktyorlara yeni–yeni işlər qismət olsun inşallah. İşlərimizin daha da gərgin və məsuliyyətli olsun».

“Nabat” filminin rejissoru Elçin Musaoğlu “Kino” nominasiyasına layiq görüldüyünə görə sevindiyini dilə gətirdi: “Nominasiyaya layiq olmağımı gözləmirdim və bu barədə heç vaxt düşünməmişdim. Mükafat haqqında  sonradan xəbərim oldu. Mən o adamlardanam ki, daha çox hədiyyə verməyi sevirəm, nəinki almağı. Amma alanda da, insanda xoş təəssürat olur ki, sənin əməyini kimsə qiymətləndirir. Məni qiymətləndirdikləri üçün Mədəniyyət və Turizm Nazirliyinə, Kino şöbəsinə və filmdə əməyi keçən bütün yaradıcı heyətin hər birinə təşəkkürümü bildirirəm”.

Yaradıcılıq planlarından danışan rejissor qeyd etdi ki, “Nabat” filmindən sonra  yeni bir neçə filmlər də çəkiləcək: “Rejissorun həmişə beynində ideya olur. İnşallah yeni filmlər də çəkəcəyik”.  

 

Rəqsanə

 

Tarix
11 Mart 2015 [22:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin