"Qanuni oğru"ların "sxodka"sı keçirildi - Bu "lotu"nun adı əlindən alındı

11:52 - 1 Dekabr 2021 - Cəmiyyət

Noyabrın 30-da gürcü və digər millətlərdən olan "qanuni oğru"ların iştirakı ilə keçirilən "sxodka"da "qanuni oğru" "Zviad Tbilisikiy" kimi tanınan Ozmanov Zviad Nodaroviç "oğru" adında məhrum edilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, həmin "sxodka"da azərbaycanlılardan "qanuni oğru" Əmirov Rafət Əlirza oğlu (Rafət Əlibayramlinskiy) iştirak edib.

Zviad Ozmanov vaxtı ilə "Rövşən Lənkəranski"nin "qanuni oğru" kimi qəbul edilməməsi barədə "proqona" imza atan "oğru"lardan biri olub.

 

Xəbər xətti