ÜST-dən xəbərdarlıq: “Bu şəxslərin “omikron”a yoluxma ehtimalı daha yüksəkdir”

08:57 - 30 Noyabr 2021 - DÜNYA

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 keçirənlərə “omikron” ştammı ilə yenidən yoluxa biləcəkləri barədə xəbərdarlıq edib.

“COVID-19 keçirən insanların narahatlıq doğuran digər variantlarla müqayisədə yenidən “omikron”a yoluxma ehtimalı daha yüksək ola bilər”, - deyə ÜST-ün məlumatında bildirilir.
Ancaq yeni ştamla yoluxmanın digər variantlarla müqayisədə daha ağır keçib-keçmədiyi hələlik məlum deyil.

“Mövcud məlumata görə, Cənubi Afrikada xəstəxanaya qəbul nisbəti daha yüksəkdir. Bununla belə, bu, “omikron”la deyil, ümumi yoluxanların sayının artması ilə əlaqəli ola bilər”, - deyə ÜST-dən izah edilib.

Eyni zamanda, təşkilatdan mövcud peyvəndlərin COVID-19-un yeni variantına qarşı da təsirli olduğuna əmin edirlər.///oxu.az

Xəbər xətti