Dünyada koronavirusa yoluxanların sayı 260 milyonu ötüb

00:41 - 30 Noyabr 2021 - DÜNYA

Dünyada koronavirusa yoluxanların sayı 260 milyonu, ölənlərin sayı isə 5,2 milyonu ötüb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Məlumata görə, ÜST 260 867 011 yoluxma və 5 200 267 ölüm halı barədə məlumat alıb. Cümə günündən etibarən yoluxanların sayı 1 307 278 nəfər, ölənlərin sayı 16

Ən çox yoluxma halı ABŞ-da qeydə alınıb - 47 837 599, ikinci yerdə Hindistan (34 580 832), üçüncü yerdə isə Braziliya (22 076 863) qərarlaşıb.

ÜST-ün statistikası yalnız ölkələr tərəfindən verilən yoluxm və ölüm haqqında rəsmi təsdiqlənmiş məlumatlara əsaslanır.

Xəbər xətti