"Avropada ilin avtomobilləri" açıqlandı - 7 Modeldən 6-sı elektriklidir - FOTO

21:03 - 29 Noyabr 2021 - AVTO

Daxili yanma mühərrikli avtomobillərin erasının başa çatmaq üzrə olduğunu həm də "Avropada ilin avtomobili"  (“İlin avtomobili-2022”, Car of the Year-2022) müsabiqəsi çərçivəsində keçirilən səsvermənin nəticələri də sübut edib.  

Mütəxəssislərdən ibarət münsiflər heyətinin seçdiyi finalçılardan yalnız biri ənənəvi yanacaqla işləyən avtomobildir. Yeddi finalçıdan dördü Avropa, ikisi Koreya, biri isə Amerika markasıdır.

Müsabiqənin internet saytındakı siyahıya əsasən Cupra Born, Ford Mustang Mach-E, Hyundai Ioniq 5, Kia EV6, Peugeot 308, Renault Megane E-Tech və Skoda Enyaq iV finala yüksəlib. Onların arasında yeganə elektriksiz avtomobil Peugeot 308-dir ki, o da bu ilin mart ayından şarj olunma xüsusiyyəti, həmçinin hibrid güc aqreqatları ilə birlikdə satılır.

Kia EV6, Hyundai Ioniq 5, Ford Mustang Mach-E, eləcə də Skoda Enyaq iV, Cupra Born və Renault Megane E-Tech modellərinə gəldikdə isə, bunların hamısı tamamilə elektrikli avtomobillərdir. (Marja)


///fed.az

Xəbər xətti