Gəncədə 58 yaşlı qadın dəm qazından zəhərlənib

14:20 - 28 Noyabr 2021 - HADİSƏ

Gəncədə 58 yaşlı qadın dəm qazından zəhərlənib.

Hadisə şəhərin Bəxtiyar Əliyev küçəsində qeydə alınıb.
1963-cü il təvəllüdlü Mahirə Əliyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, 58 yaşlı qadın yaşadığı evdə dəm qazından zəhərlənib.///apa

Xəbər xətti