“Whatsapp”da bu funksiya işə düşür...

20:43 - 27 Noyabr 2021 - DİGƏR

Yaxın zamanda “Whatsapp”da fərdi stikerlərin yaradılması funksiyası istifadəyə veriləcək. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda sözügedən funksiya “Whatsapp”ın beta versiyalarından birində test edilir.
Ortaya çıxmış fotolardan biri “Whatsapp” interfeysinin yeni elementini əks etdirir. Söhbət, stikerlərin axtarış bölməsində olan “Create” düyməsindən gedir.

Həmin düymə vasitəsilə istifadəçi hər hansı bir şəkli yükləyəndən sonra xüsusi redaktor bölməsində onu standart ölçüyə sala biləcək. Bu üsul ilə də istifadəçi fərdi stikerini yarada biləcək. 

Fərdi stikerlərin hazırlanması funksiyası ilk növbədə messencerin Android versiyasında istifadəyə veriləcək və müəyyən müddətdən sonra iOS versiyada da aktivləşdiriləcək. 

Qeyd edək ki, hazırda istifadəçilər əlavə stikerləri yalnız kənar tətbiqlərdən yükləyə bilirlər. Sözügedən funksiyanın istifadəyə veriləcəyi dəqiq tarix barəsində məlumat verilməyib.

Xəbər xətti