Mikayıl Cabbarova yeni vəzifə verilir

Fərid Qayıbovun gənclər və idman naziri təyin edilməsindən sonra Azərbaycan idman federasiyalarının bir neçəsində yeni rəhbərlər seçilib. 

Ucnoqta.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu seçkilərdən birinin də Azərbaycan Güləş Federasiyasında (AGF) olacağı gözlənilir.
Belə ki, 2018-ci ildən boş qalan AGF-nin prezidenti postuna iqtisadiyyat naziri Mikayıl Cabbarovun əsas namizəd olacağı bildirilir.   

Bir neçə gün öncə Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti vəzifəsindən gedən M.Cabbarovun oradan ayrılmasının səbəbinin də bununla bağlı olduğu qeyd olunur.
Əldə etdiyimiz digər məlumata görə, yaxın günlərdə Azərbaycan Güləş Federasiyasında hesabat-seçki konfransı keçiriləcək.

Hazırda Azərbaycan Güləş Federasiyasında prezident səlahiyyətlərini Namiq Əliyev həyata keçirir. O, prezident əvəzi olaraq federasiyaya rəhbərlik edir.
Qeyd edək ki, Azərbaycan Güləş Federasiyasının son prezidenti sabiq vergilər naziri Fazil Məmmədov olub. O, 2007-2018-ci illər aralığında federasiyaya rəhbərlik edib. F.Məmmədov 2018-ci ildə öz ərizəsi ilə AGF prezidenti vəzifəsindən istefa verib.

Tarix
25 Noyabr 2021 [15:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-11-25 15:08:08
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin