Azərbaycanda polis özünü güllələdi

Azərbaycanda polis ehtiyatsızlıqdan açılmış atəş nəticəsində ölüb.

Oxu.Az-ın Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhərində qeydə alınıb.

Belə ki, Sumqayıt Şəhər Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı Rahib Mütəllimov xidmətdə olarkən ona təhkim olunmuş xidməti silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb.

Xəsarət almış R.Mütəllimov hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

 

Tarix
25 Noyabr 2021 [11:56]
Müəllif
Üç nöqtə
2021-11-25 11:56:05
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin