Xəzər TV-dən Xoşqədəmə ilk efir hədiyyəsi - VİDEO

21:08 - 22 Noyabr 2021 - MAQAZİN

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı bu gün “Səni axtarıram” verilişi ilə ilk dəfə ARB TV-nin efirinə çıxıb. 

Aparıcının tamaşaçılarla ilk görüşü zamanı maraqlı anlar yaşanıb. Həmçinin, Hidayətqızının sözügedən kanalda ilk efiri  münasibətilə Xəzər TV-nin rəhbəri, Xalq artisti Murad Dadaşov gül göndərib. Teleaparıcı efirdə güllər üçün Murad Dadaşova təşəkkür edib:

“Murad müəllim, diqqətinizə, hörmətinizə görə minnətdaram. “Xəzər”də çalışdığım müddətdə məni hər zaman fərqləndirdiyiniz, diqqət göstərdiyiniz üçün təşəkkür edirəm. Mənim üçün doğma olan Xəzər TV kollektivi, sizi çox sevirəm və öpürəm”.

Xəbər xətti