Ana səhifə
24 Sentyabr 2018

Binəqədidəki qəzada jurnalist yaralanıb- 1 ölü+Yenilənib+Foto

Bakıda 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

 

Ucnoqta.az” xəbər verir ki, hadisə şahidinin APA-ya verdiyi xəbərə görə, qəza Binəqədi rayonu ərazisində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qarşısında “Jeep” markalı  və “NazLifan” markalı avtomobillər toqquşub. Güclü zərbədən aşan  “Jeep” markalı avtomobildə yanğın baş verib.

 

Məlumata görə, qəza nəticəsində “NazLifan” markalı avtomobildə olan qadın sərnişin hadisə yerində ölüb. Hər iki avtomobilin sürücüsü müxtəlif xəsarətlərlə xəstəxanaya aparılıb.

 

Ölən və xəsarət alan şəxslərin kimliyi dəqiqləşdirilir.

 

***

 

Bakıdakı ağır yol qəzasında dünyasını dəyişən qadının və xəsarət alanlardan birinin adı məlum olub.

 

APA-nın məlumatına görə, həlak olan "Lifan" markalı avtomobilin sürücüsü, Qarabağ əlili, 1975-ci il təvəllüdlü Sevil Abbasovadır. Ona əlillər üçün nəzərdə tutulan avtomobil iki ay əvvəl bağışlanıbmış.

 

Həmin avtomobildəki iki sərnişin də xəsarət alıb. Onlardan biri axar.az saytının əməkdaşı Nihad Cəbrayıldır. O, yazıçı-publisist Pərviz Cəbrayılın qardaşıdır. Xəsarət alan Nihad Cəbrayıl Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

 

İlkin ehtimala görə, qəzaya “JEEP” markalı avtomobilin sürücüsünün ötmə qaydalarını pozması səbəb olub.

Tarix
17 Oktyabr 2014 [07:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin