Ana səhifə
22 Sentyabr 2018

Berti Foqts gedir: Milliyə Qurban Qurbanov yox...

"Avro-2016"nın seçmə mərhələsində keçirdiyi 3 görüşün hamısında məğlub olan, Osiyekdə biabırçı hesabla yenilən millinin baş məşqçisi Berti Foqtsun postundan gedib-getməyəcəyi son günlərin ən aktual mövzusudu.

 

 

"Ucnoqta.az" xəbər verir ki, Newsport.az-a etibarlı mənbədən daxil olan məlumata görə, almaniyalı mütəxəssis dekabrda postunu təhvil verəcək. Foqtsun gedişindən sonra boş qalan baş məşqçi postuna AFFA artıq namizəd tapıb. Belə ki, qurum "İnter"in baş məşqçisi Kaxaber Sxadadzeni milliyə gətirir. Gürcüstanlı mütəxəssis qışda əsas millinin başına keçəcək. Əslində Sxadadzenin bir müddət öncə "İnter"lə müqvailə yeniləməməsinin başlıca səbəbi bu idi. Lakin AFFA Foqtsla heç cür ortaq məxrəcə gələ bilməmiş və bu məsələ təxirə salınmışdı. Ancaq öncədən də qeyd etdiyimiz kimi, Xorvatiyada alınan acı məğlubiyyət AFFA-nı hərəkatə keçirib.

 

Sonda onu da qeyd edək ki, milliyə gələcəyi gözlənilən Qurban Qurbanov əsas milliyə bir neçə səbəbə görə "yox" deyib. Ağdam klubunun çalışdırıcısı AFFA qarşısında Riçard Almeyda və Reynaldonun milliləşdirilməsini və bunun müqabilində millinin baş məşqçisi ola biləcəyini bildirib. AFFA isə "Qarabağ"da uğurları ard-arda sıralayan Qurbanovun bu istəyini qəbul etməyib və Sxadadze variantı üzərində dayanıb.

Tarix
17 Oktyabr 2014 [00:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin