Ana səhifə
24 Sentyabr 2018

Nazir oğlunun şirkəti avtovağzalda saxta qəbzlərlə pul yığır- FOTO

“M-Trans” MMC-nin adı ilə avtovağzala girib-çıxan sürücülərə verilən qəbz qanunsuz və saxtadır.

 

 

Ucnoqta.az” xəbər verir ki, bir neçə gündür Bakı Beynəlxalq Avtovağzalına daxil olan sürücülər avtosfer.az saytına müraciət edərək üzləşdikləri problem barədə məlumat verirlər. Nəhayət, bu gün müəyyən etdik ki, həmin problemin kökündə nə dayanır və orada nə baş verir.

 

Sürücülərin verdiyi məlumatda bildirilir ki, fotoda gördüyünüz qəbz bir neçə aydır avtovağzalın giriş-çıxışında dayanan Nəqliyyat Nazirliyinin əməkdaşları tərəfindən sürücülərə verilir. Qəbzin üzərində qeyd olunur ki, birdəfəlik dayanacaq haqqı üçün 1 manat ödənməlidir. “M-Trans” MMC-nin adının qeyd olunduğu bu qəbzlər avtovağzal ərazisinə daxil olan avtomobillərə verilir. Lakin maraqlısı budur ki, Nəqliyyat Nazirliyinin işçiləri qəbzi hər kəsə vermirlər. Üstəlik, sürücülərdən biri maraqlı məqama da toxunub:

 

“Mənim xırda pulum yox idi. Dedim, 60 qəpiyim var, nəqliyyat işçisi “problem yoxdur, ver vura” deyib, qəpikləri aldı. Mən də o saat şübhələndim ki, bu nədirsə, qurama işdir. Əgər qanuni iş olsaydı, onları öldürsən də 40 qəpik keçən deyillər. Artıq alarlar, əksiyə yiyə durmazlar. Onlar hər adamdan pul almırlar. Əgər bu iş qanunidirsə, hamıdan alsınlar və 1 manat yazılıbsa, 1 manat alsınlar. Amma kim nə versə götürürlər. Həm də avtovağzalın girihində heç yerdə yazılmayıb və iharə qoyulmayıb ki, sürücü pullu dayanacğa daxil olduğunu bilsin. Sürücü avtovağzala girir, çıxanda nəqliyyat işçiləri qarşımızı kəsib pul tələb edirlər. Bu, qanunidirmi?”.

 

Bildirək ki, sürücülərin tələbi haqlıdır. İlk növbədə, avtovağzalın girişində pullu dayanacağa daxil olunduğunu bildirən nişan qoyulmalıdır. Digər tərəfdən, sürücülərə verilən qəbzin heç bir hüquqi əsası yoxdur. Çünki hüquqşünas Ərşad Hüseynov Avtosfer.az-a bildirib ki, Maliyyə Nazirliyinin qərarı ilə bu formada olan qəbzlər 2006-cı ildən etibarən ləğv edilib.

 

Maraqlıdır, görəsən, saxta yolla yığılan pullar kimin və ya kimlərin cibinə gedir? İnanırıq ki, Nəqliyyat Nazirliyi və hüquq-mühafizə orqanları bununla bağlı ölçü götürəcək.

 

Yeri gəlmişkən, “M-Trans”-nin internet səhifəsində maraqlı məlumatlar var. Səhifədəki «Haqqımızda» bölməsində qeyd olunur ki, “M-Trans”Məhdud Məsuliyyətli Cəmiyyəti 14.10.2003-cü il tarixdə 0103-P31-38580№-li şəhadətnamə ilə Ədliyyə Nazirliyi tərəfindən  dövlət qeydiyyatına alınıb. “M-Trans” MMC fəaliyyətinin əsas istiqamətini Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən “Avtomobil nəqliyyatı ilə beynəlxalq və şəhərlərarası sərnişin daşımalarını həyata keçirmək üçün” verilmiş lisenziyalar əsasında şəhərlərarası və beynəlxalq sərnişin daşınmaları təşkil edir. Nəqliyyat Nazirliyi tərəfindən avtomobil nəqliyyatı ilə beynəlxalq və şəhərlərarası sərnişin daşımalarını həyata keçirmək üçün “M-Trans” MMC-yə müvafiq lisenziyalar verilib. 2005-ci ildən “M-Trans” MMC avtovağzal xidməti göstərərək ildən-ilə bu sahədə xidmət səviyyəsini yüksəldir və fəaliyyət dairəsini genişləndirir. Hazırda Bakıdan Respublikanın bütün bölgələrinə, həmçinin Rusiya Federasiyası, İran, Türkiyə və Gürcüstanın müxtəlif şəhərlərinə müntəzəm avtobus reysləri fəaliyyət göstərir. Bundan başqa blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasında yaşayan həmvətənlərimizə kömək məqsədi ilə Bakı – Naxçıvan marşrutu üzrə hər gün 5 ədəd müasir və hər cür rahatlığı olan iritutumlu avtobus yola salınır.

 

“M-Trans” MMC-nin nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus olduğu bildirilir.

Tarix
16 Oktyabr 2014 [23:54]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin