Ana səhifə
15 Noyabr 2018

Elnur “Eurovision”da Azərbaycanı təmsil edəcək?- İTV-dən açıqlama

İctimai Televiziya müğənni Nura Surinin bu il “Eurovision”da Azərbaycanı Elnur Hüseynovun təmsil edəcəyi haqda verdiyi açıqlamaya münasibət bildirib.

 

 

Ucnoqta.az xəbər verir ki, Qafqazinfo-ya İTV-dən verilən məlumata görə, müğənninin açıqlaması həqiqətə uyğun deyil:

 

“Elnur Hüseynovun “Eurovision”da Azərbaycanı təmsil etməsi təsdiq olunmayıb. Nura Suri doğru məlumat verməyib. Hələ ki, müsabiqəyə kimin gedəcəyi məlum deyil”.

 

Qeyd edək ki, müğənni “Gün üzü” verilişində Elnur Hüseynovun “Eurovision”da Azərbaycanı təmsil etməsinin artıq təsdiqləndiyini bildirib.

 

***

 

Daha sonra İTV-dən bildirilib ki, heç kimin dediyini şərh etmək fikrində deyillər və kimin seçiləcəyi barədə dəqiq məlumat yaxın günlərdə İTV-nin rəsmi saytında açıqlanacaq.

Tarix
10 Mart 2015 [11:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin