Ana səhifə
20 Noyabr 2018

Qazaxda 37 yaşlı kişi minaya düşdü

Qazaxın düşmənlə sərhəd olan Cəfərli kəndinin sakini düşmənin qurduğu minaya düşüb.

 

 

Ucnoqta.az”  Kəpəz TV-yə istinadən məlumat verir ki, Məmməd Qarasaqqalov mal-qara otaran atası Rəfi Qarasaqqalova çörək apararkən havanın dumanlı olması onu azdırıb. Bu zaman neytral ərazidə piyada əleyhinə minaya düşən 37 yaşlı kənd sakini bir ayağını itirib. Dərhal hərbçilərin, kənd sakinlərinin köməyi ilə Qazax Diaqnostika Mərkəzinə gətirilən M.Qarasaqqalovun həyatını xilas etmək mümkün olub. Sol ayağı ambutasiya olunan zərərçəkənin vəziyyətini həkimlər kafi qiymətləndirir.

 

2 oğul atası olan M.Qarasaqqalov Cəfərli kəndində mal-qara saxlamaqla məşğuldur. O, hava dumanlı olduğundan ərazini görmək mümkün olmadığını, nəticədə də bu cür hadisə baş verdiyini bildirdi.

 

Qeyd edək ki, hadisə 37 yaşlı kənd sakini atla gedərkən baş verib. Bu zaman kənd sakininin atı da tələf olub.

Tarix
16 Oktyabr 2014 [22:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin