Gələn il mətbuata büdcədən 52 milyon manat ayrılacaq

11:30 - 6 Noyabr 2021 - MEDİA

Gələn il Azərbaycanın dövlət büdcəsindən kütləvi informasiya vasitələrinə (KİV) 51,9 milyon manat subsidiya ayrılacaq. "Report"un xəbərinə görə, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb. Sənədə əsasən, həmin vəsait "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin, İctimai Televiziya və Radio Verilişləri Şirkətinin, "Mir" Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyinin və digər KİV-lərin fəaliyyətinin təmin edilməsinə yönəldiləcək.

Xəbər xətti