Ana səhifə
16 Noyabr 2018

İcra başçısı Elmar Vəliyevə edilən hücum xəbərindən danışdı - Olay

Bu gün bir sıra Kiv- də sosial şəbəkələrdə Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin Yevlax rayonunda bir sahibkar tərəfindən bıçaqlı hücuma məruz qaldığı haqda xəbər yayılıb.

 

Yayılan xəbərdə bildirilir ki, Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev bu gün Yevlaxda olarkən bir dükanın qarşısında ayaq saxlayaraq, mağazanın qarşısının zibilli olmasını dükanın sahibinə irad tutub. Nəticədə, Elmar Vəliyevlə sahibkar arasında mübahisə yaranıb. Daha sonra mübahisə böyüyüb və tərəflər qarşılıqlı söyüşlərə keçiblər. Vəziyyətin gərginləşəcəyini görən polislər məsələyə müdaxilə edərək sahibkarı polis idarəsinə aparıblar. Hal- hazırda sahibkarın polis idarəsində saxlanıldığı bildirilir.

 

Ucnoqta.az” saytı məsələyə aydınlıq gətirmək üçün, Yevlax rayon icra hakimiyyətinin başçısı Qoca Səmədovla əlaqə saxlayıb. İcra başçısı saytımıza açıqlamasında, bu məsələnin Elmar Vəliyevlə heş bir əlaqəsinin olmadığını bildirib.

“Mən sizə deyim ki, Elmar Vəliyevin bu dəqiqə Gəncədən çıxmağa vaxtı yoxdur. Cənab Prezidentin bu yaxınlarda Gəncə şəhərinə səfəri gözlənilir. Orda çoxlu işlər görülür. Elmar müəllimin bura gəlməsi və belə hadisəni yaşaması uydumadı. Dediyiniz hadisə rayon ərazisində yerləşən “Üç qardaş” deyilən marketin sahibləri Nəbiyev Vüsal və Vüqar qardaşları ilə rmənim müavinin olan Namiq Süleymanov arasında baş verib. Onlar mənim müavinimi söyüb, təhqir ediblər. Çox tərbiyəsiz insanlardı bu şəxslər. Küçə ticarəti ilə məşquldurlar. Mən göstəriş vermişəm ki, küçə ticarəti yığışdırılsın. Bunların da atası Inqilab kişi bir neşə gün qabaq mənim qəbulumda olarkən, xahiş etdi ki, bir az malımız qalıb satıb yıqışdıraq. Mən də icazə verdim, amma neçə gün keçib hələ də yığışdırmayıblar. Bu gün müdaxilə edilib və nəticədə polislərə də, mənim müavinimə də hücum ediblər. Məsələ bundan ibarətdir. İnsidenti yaradan şəxslər hal- hazırda polis idarəsindədi, qanunlara uyğun hərəkət ediləcək.”

 

 

 

 

Tarix
17 Oktyabr 2014 [10:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin