Ana səhifə
25 May 2018

Gələn il əmək haqqı və pensiyalar artıralacaq - MÜSAHİBƏ

Vüqar Bayramov: “Elmə ayrılan vəsaitlərin 3 faiz azaldılması arzuolunan deyildi”

 

 

Maliyyə Nazirliyi 2015-ci il dövlət büdcəsi layihəsinin detallarını açıqlayıb. Ümumi götürəndə gəlir və xərclərin artım tempi saxlanılıb. Lakin bir çox xərclər çüzi artırılsa da, xərcləri dəyişməyən və hətta azaldılan sahələr də vardır. Bu və digər məsələlərlə bağlı “Üç nöqtə” saytı olaraq İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı alim Vüqar Bayramova bir neçə sualla müraciət etdik.

 

 

- Vüqar müəllim ümumi götürəndə gələn ilin büdcə layihəsini necə qiymətləndirmək olar?

 

- Gələn ilin büdcə layihəsində gəlir və xərclərlə bağlı açıqlanan göstəriciləri dəyərləndirəndə əsas m?sbət məqam ondan ibarətdir ki, gəlir və xərclərdə artım tempini qoruyub saxlamaq mümkün olub. 2014-cü illə müqayisədə hər iki maddə üzrə artım qeydə alınıb. Bizim üçün vacib olan qeyri neft sektorudur ki, onun da büdcədə payı əvvəlki ilə nisbətən artacaq. Baxmayaraq ki, gələn il ???n də Neft Fondundan d?vlət b?dcəsinə iri məbləğdə vəsait - 1,1 milyard manat transfert nəzərdə tutulub. Ancaq, təsəvvür edin,  əgər 2013-cü ildə qeyri neft sektorunun payı 26 faiz olubsa, 2014-cü ildəbunun  34, gələn il isə 35 faizə çatdırılması proqnozlaşdırılır. Praktik olaraq qeyri-neft sektorunun büdcədəki payında  artımlar var. Bu da müsbət haldır. Çünki büdcənin qeyri-neft sektorun əsasında formalaşması neft asılılığından azad olmaq baxımından müsbətdir. Bir mənalı olaraq 2015-ci ilin gəlirlərin strukturunda vergidaxilolmaların həcmi artacaq. Təxminən 68 faizi qeyri-neft sektorunun payına düşəcək. Bu da gəlirlərin strukturunun dəyişdirilməsi baxımından əhəmiyyətlidir.

Gəlirlərdə olduğu kimi xərclər strukturunda da artım tempi qorunub saxlanılacaq. Təkcə, sosialyönümlü xərclər 4.9 milyard proqnozlaşdırılıb ki, bu rəqəm cari ilə nisbətən 9,3 faiz, 2013-cü ilə nisbətən 18,8 faiz çoxdur. Bu istiqamətə ayrılan vəsaitlərin böyük bir hissəsi əmək haqqı, pensiya və müavinətlərin ödənilməsinə sərf olunacaq. Hesab edirəm ki, büdcədə sosial xərclərin artımı da müsbət qiymətləndirilməlidir.

 

 

Siz müsbət məqamları qeyd etdiniz. Amma bir çox ekspertlər gələn ilin büdcəsini çox riskli hesab edirlər. Razı olmadığınız məqamlar hansılardır?

 

B?dcə ilə bağlı ən çox müzakirə olunan məsələ neftin bir barrelinin hansı qiymətə g?tr?lməsidir. Onsuz da gözlənilirdi ki, Maliyyə Nazirliyi təqdim etdiyi layihədə neftin baza qiymətini hər barrel üçün 90 dollardan az götrüəcək. Çünki son zamanlar dünya bazarında qiymətlərin azalması müşahidə edilir. Təbii ki, mən bir  iqtisadçı olaraq bu göstəricinin 80 dollar götrülməsini daha məqsədəuyğun hesab edirəm. Çünki belə yanaşma gəlirlərin azalmasına gətrib çıxarsa belə, ciddi problem yaratmazdı. Onsuzda gəlir və xərclər kifayət qədər böyükdür. Neftin baza qiymətinin hər barrel üçün 10 dollar az götrülməsində faciəli bir şey yoxdur. Amma buna rəğmən büdcədə neftin qiyməti 90 dollar götrüldü. Yenə bunu ciddi narahatçılıqla qarşılamıram. Nəzərə alaq ki, büdcənin 53,4 faizi Neft Fondu hesabına, digər 35 faizi qeyri-neft sektoru hesabına formalaşır. Büdcənin 89 faiz icrasında ümumilikdə problem olmayacaq. Neftin qiyməti yerdə qalan 11 faizə təsir göstərəcək.Hələ büdcə layihəsi parlamentdə müzakirə olunub təsdiq olunmayıb. Hər halda büdcədə neftin baza qiymətinə yenidən baxılmasını imkanları saxlanılır.

 

 

- Sizcə neftin qiymət dəyişməsinin ölkə iqtisadiyyatına təsir imkanları güclüdür?

 

- İqtisadiyyatı üçün neftin qiymətinin dəyişməsi həssas məqamlardan biridir. Hazırda dünya bazarında neftin qiymətinin aşağı düşməsinə təsir edən amillərdən biri dünyanın ən böyük neft idxalçısı olan ABŞ-ın öz karbohidrogen hasilatını artırması (gündəlik 11,5 milyon barrel) və ölkəyə  cari ilin əvvəlindən başlayaraq neft idxalını azaltmasıdır.

Qeyd etmək lazımdır ki, ABŞ ötən il təbii qaz idxalını dayandırmış, hazırda isə neft idxalını da azaltmağa çalışır.  Bununla yanaşı, Avropa Birliyi ölkələrində iqtisadiyyatın zəif inkişafı  bu məkanda da neftə olan tələbatın aşağı düşməsinə səbəb olmuşdur. Belə olan halda, enerji resurslarının ixracının artmasına yönələn istiqamət Şərqi Asiya (Çin, Hindistan) ölkələridir. Lakin bu ölkələrdə də iqtisadi artım sürəti ötən dövr ərzində proqnoz göstəricilərindən aşağı düşüb ki, bu da son dövrlərdə neftin qiymətinin davamlı olaraq aşağı düşməsinə təsir edən amillərdən hesab olunur. Eyni zamanda, Yaxın Şərqdə və neftin hasilatı ilə məşğul olan bir sıra ölkələrdə geosiyasi stabilliyin olmaması (Qəzza bölgəsi,  “İŞİD”in fəaliyyəti, Liviyada baş verən münaqişələr, Suriyada davam edən müharibə və sair), habelə İrana tətbiq edilən sanksiyaların aradan qaldırılmaması neftin qiymətinin yüksək səviyyədə qalmasını şərtləndirməkdədir. Lakin bu proseslərin tədricən stabilləşməsi neftin qiymətinin aşağı düşməsinə təsir edəcək. Şübhəsiz ki, dünyada qeyri-stabil geosiyasi proseslərin davam etməsi, bəzi dövlətlərin qarşılıqlı surətdə tətbiq etdikləri sanksiyalar dünyada iqtisadi inkişafın sürətinin zəifləməsinə və  dünya iqtisadiyyatına inteqrasiya olunmuş Azərbaycanın da xarici iqtisadi əlaqələrinə təsir göstərməyə bilməz. Xüsusən, Ukraynada gedən proseslər və Rusiyaya qarşı tətbiq edilən sanksiyalar MDB- nin üzvü olan ölkələrin iqtisadiyyatlarına, xüsusilə Rusiya ilə eyni ittifaqa daxil olan Belorusiya və Qazaxıstan iqtisadiyyatlarına mənfi təsir göstərməkdədir.  Bu proseslər öz növbəsində MDB məkanına iqtisadi inteqrasiya olunmuş Azərbaycanın idxal-ixrac əməliyyatlarına da təsirsiz  ötüşməyəcək.

 

 

Ötən ilə nisbətən bir çox sahələrə ayrılan vəsaitlərin həcmi artması bir yana qalsın, azaldılıb. Halbuki siz də daxil olmaqla əksər ekspertlər bu xərclərin artırılmasını təklif edirdiniz...

 

Siz yəqin elmə ayrılan xərcləri nəzərdə tutrsunuz. Büdcə xərclərinin strukturunda elmə ayrılan vəsaitlərin 3 faiz azaldılması məqbul deyil. Bir halda hökumət ölkə iqtisadiyatının diversifikasiya məsələlərini aktuallaşdırıb. Praktik olaraq diversifikasiyalaşma Azərbacan iqtisadiyatının innavasiyalaşması səviyyəsindən aslıdır. İnnovasiyalaşma da elmə ayrılan xərclərdən aslıdır. Hələki bu sahədə indiyə qədər vəsaitlər azlıq təşkil edib. İlbəil artırılması lazım idi. çox təəssüf ki, gələn il bu istiqamətlərə ayrılan vəsaitlərin həcmi azaldılacaq. Təhsil və səhiyyə kimi elmi xərclərin də artırılmasını məqsədəuyğun sayırdım.

 

 

Büdcənin ümumiyyətlə sosial xərclərinin cüzi artımı 2015-ci ildə əhalinin gözlədiyi əmək haqqı və pensiya artımlarına imkan verəcək?

-  2015-ci il dövlət büdcəsinin xərclərində sosialyönlü xərclərin xüsusi çəkisi 27,6 faiz olmaqla, 2014-cü illə müqayisədə 1,1 faiz bənd artıb.

 

Mütləq ifadədə bu məqsədə 5 milyard 826,4 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2014-cü ilə nisbətən 489,2 milyon manat və ya 9,2 faiz, 2013-cü ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 920 milyon manat və ya 18,8 faiz çoxdur.

Sosialyönlü xərclərə ayrılan 5 milyard 826,4 milyon manatın 3 milyard 452,4 milyon manatının əmək haqlarına,  1 milyard 845 milyon manatının təqaüdlər və sosial müavinətlərə, 319,7 milyon manatının ərzaq məhsullarının alınmasına, 209,3 milyon  manatının dərman və sarğı ləvazimatlarının alınması yönəldilməsi nəzərdə tutulur. Təqaüdlər və sosial müavinətlərə ayrılan xərclər 2014-cü ilin proqnozu ilə müqayisədə cəmi 24,7 milyon manat çoxdur. Əmək haqlarına ayrılan xərclər isə 2014-cü ilin proqnozu ilə müqayisədə 417,7 milyon manat çoxdur.

Ümumilikdə, ölkədə əhalinin sosial problemlərinin həlli, o cümlədən pensiya və müavinətlərin, ünvanlı sosial yardımın, məcburi köçkünlərin sosial məsələlərinin və digər sosial tədbirlərin maliyyə təminatı üçün 2015-ci ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 2 milyard 40,5 milyon manat vəsait proqnozlaşdırılıb. 2015-ci ildə sosial müdafiə və sosial təminat xərclərinə ayrılan vəsaitin 1 milyard 100  milyon manatı  Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu vasitəsilə həyata keçirilən əmək pensiyalarının maliyyələşdirilməsinə, 548,4 milyon manatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun müvafiq orqanları vasitəsilə həyata keçirilən sosial müavinətlərin, təqaüdlərin və digər sosial xarakterli ödənişlərin, 224,5 milyon manatı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi vasitəsilə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi tədbirlərinin maliyyələşdirilməsinə yönəldiləcək.

Göründüyü kimi az da olsa artım var. Artım vəsaitlərin böyük hissəsi əməyin ?dənilməsi, pensiyanın verilməsinə sərf olunacaq. Bu deməyə əsas verir ki.gələn il əmək haqları və pensiyalarda artım olacaq.

 

 

Dövlət büdcəsi ilə bağlı 2009-cu il ssenarisi təkrarlana bilər. Söhbət investisiya xərclərinin bir hissəsinin dayandırılmasından gedir...

 

Neftin qiyməti büdcədəki baza qiymətindən kəskin fərqlənərsə, o zaman tətbiq edilə bilər. Məlum olduğu kimi büdcənin 33 faizi tikinti investisiya xərcləridir. Kəskin fərqlənərsə həmin 33 faizə sekvestr tətbiq oluna bilər.

 

 

İpoteka məqsədlərinə yönəldilən vəsaitlər az da olsa artırılıb. Bunu hökumətin ekspertlərin təklifini nəzərə almaq kimi başa düşmək olar?

 

İpoteka və saitlərinin 10 milyon manat artı rılması yaxşı haıldır. Baxmayaraq ki, biz bu vəsaitlərin 70-80 milyona çatdırılmasını təklif etmişdik.

 

 

Sahibkarlığa yönəldilən güzəştli vəsaitin həcminin azaldılmasını nə ilə əlaqələndirmək olar?

 

 Bu vəsaitlərin həcminin azaldılması iki səbəblə bağlıdır. Əvvəlki dövrdə verilən kreditlərdən gələn faizlər özü üçün malyyələşmə yaradıb. Sahibkarliğa Kömək Milli Fondun öz maliyyə hesabına yenidən kreditlər vermək imkanı var. Digər səbəb odur ki, dövlət başçısının tapşırığı olub ki, gələn ildən kommersiya bankların real sektora ayrılacaq vəsaitlərinin həcmini artıracaq.

 

 

“Üç nöqtə”

Tarix
16 Oktyabr 2014 [18:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin