Ana səhifə
22 Oktyabr 2018

“Sinirdən üzüm əyildi” - əməkdar artist

Əməkdar artist Kubra Əliyeva “5/5” verilişində öz həyatı ilə bağlı faktlar açıqlayıb. 
 

Ucnoqta.az xəbər verir ki, aktrisa çox səbrli olduğunu deyib:

“Çox təmkinli insanam. Gənclikdə hövsələsiz idim. İndi ailə başçısı olduğum üçün səbr etməyi öyrənmişəm. 1998-ci ildə sinirdən üzüm əyildi. 6 ay teatra getmədim. Elə bilirdim ki, artıq heç kimə lazım deyiləm. Bakıdan çıxdım, gedib torpaq aldım, ev tikdim. İşləməmək mənə ağır olardı. Dərdimi heç kəsə demirdim. Heç kimə əzab vermək istəmirdim. İnsanın dərdi olar. Onu çəkməyi bacarmalısan. Allahın xoş günü də, bəd günü də mənə qəbuldur. İki dəfə ondan sonra yenə zərbə almışam. Acılarımı heç kəsə bildirməmişəm. Başıma gələn hadisədən sonra qurban kəsib paylamışam. Şükür etmişəm. Mən çörəyimi bu üzümlə qazanmışam. Allah onu mənə geri qaytarıb. Bəzən ailədə övlad hansısa tərbiyəsizlik edir. Mənim də həyatımda belə hadisə olub. O halımda belə heç bir tanış cürət edib mənə zəng vurmadı. Bildilər ki, özümə gəlib, sakitləşib qalxacam və danışacam”.(Axşam.az)

 

Tarix
16 Oktyabr 2014 [22:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin