Azərbaycan və Ermənistan dəmir yollarının açılması ilə bağlı konsensusa yaxınlaşıb

Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərindən ibarət işçi qrup istismarına başlanılması nəzərdə tutulan dəmir yollarının xəritəsi üzrə konsensusa yaxınlaşa bilib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə işçi qrupun Ermənistandan olan üzvü, Baş nazirin müavini Mqer Qriqoryan bildirib.

Onun sözlərinə görə, avtomagistralların xəritəsi üzrə məsləhətləşmələr isə hələ davam edir.

“Avtomobil yolları ilə bağlı hələlik konsensus yoxdur. Müxtəlif təkliflər var, lakin hələlik konsensus və ümumi yanaşma əldə olunmayıb. Avtomobil yollarına dair əlimizdə artıq hazır xəritə var deyə bilmərik. Dəmir yoluna gəlincə, daha yaxın yanaşmalar və baxışlar var. Orada suallar aydındır”, - deyə M. Qriqoryan vurğulayıb.

 

Tarix
27 Oktyabr 2021 [19:55]
Müəllif
Üç nöqtə
2021-10-27 19:55:09
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin