Mahir Emrelinin çıxış etdiyi klub baş məşqçisi ilə vidalaşıb

20:21 - 25 Oktyabr 2021 - İDMAN

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın "Legiya" klubu baş məşqçi Çeslav Mixneviçlə yollarını ayırıb.

"Report" Varşava təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Onu bu vəzifədə Marek Qolebiyevski əvəz edəcək. Qolebiyevski bunadək "Legiya"nın əvəzedici komandasına başçılıq edib.

Qeyd edək ki, “Legiya” 10 oyundan sonra Polşa çempionatında 9 xalla 15-ci pillədə qərarlaşıb. Komanda son olaraq XII turda "Pyast"a 1:4 hesabı ilə uduzub.

Xəbər xətti