Gəncədə piyadanı vuran sürücü barəsində cinayət işi başlanıb

Oktyabrın 23-də Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, S.Rəhimov küçəsində şəhər sakini, 1982-ci təvəllüdlü Ramin Abbasovun idarə etdiyi "Mercedes" markalı avtomobil ilə yolu keçmək istəyən piyada 1954 cü il təvəllüdlü İbrahim Bayramovu vurub.

Nəticədə piyada hadisə yerində ölüb. Faktla əlaqədar olaraq polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində sürücü Ramin Abbasov barəsində Cinayət Məcəlləsinin 263.2-ci( Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Tarix
25 Oktyabr 2021 [19:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-10-25 19:24:18
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin