Abşeronda müştərilərə qəlyan təklif edən çay evi aşkarlanıb - Video

18:06 - 25 Oktyabr 2021 - HADİSƏ

Qəlyandan istifadə edilməsinə şərait yaradan məkanların aşkarlanması istiqamətində polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Rich” çay evində qəlyandan istifadə edilməsi barədə polisə məlumat daxil olub.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilib. Obyektin icarədarı Rəvan Əliyev və daha 6 müştəri polislər tərəfindən saxlanılıb. Müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib və hər biri cərimə olunublar. Obyektin icarədarı barəsində tərtib edilən protokola baxılıb tədbir görülməsi üçün rayon məhkəməsinə göndərilib.

Qeyd edək ki, fəaliyyətinə icazə verilən kafe, restoran və çay evlərində bundan sonra da sanitar-karantin qaydalarının tələblərinə əməl olunmasına nəzarət məqsədi ilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdiriləcək.

Xəbər xətti