Ana səhifə
16 Noyabr 2018

«İŞİD təşkilatının İslamla heç bir əlaqəsi yoxdu»

Natiq Miri: “Bütün bunlar Qərbin İslam qorxusunun nəticəsidir”

«Bu təşkilat bir alətdir və bu alət dünya gücləri tərəfindən konkret geosiyasi maraqlar naminə istifadə olunur»

İŞİD bəlası uzun müddətdir ki, gündəmdən düşməyən bir problemə çevrilib. Artıq bu problem öz həllini tapmalıdır. Əks halda dünyanı fəlakətli günlər gözləyir. Ən çox isə müzəlman ölkələri fəlakətlə qarşı-qarşıyadır. Onlar üçün İŞİD ölüm, qan-qəda deməkdir, siyasi mübarizə deyil, yerüstü hədəf deyil. Onlar üçün qaçqınlıqdı, pərən-pərən düşməkdi, oğul-uşaq, ailə itkisidir, namus itkisidir...
Ən pisi bu da deyil. Ən pisi odur ki, İŞİD üzvləri müsəlmanlardı, müsəlman qardaşlarını dinin saflığı uğrunda qırdığını deyir. Nəticədə ölənlər də müsəlman olur, öldürənlər də. Müsəlmanlar öz torpaqlarındaca qana boğulur...
Müsəlman dünyasının başındakı bu bəlaların səbəbini isə politoloq Natiq Miri ilə aydınlaşdırmağa çalışdıq. Politoloq bildirdi ki, bunların əsas səbəbi anti-İslami proseslər və neft amilidir. “İŞİD terror təşkilatının İslamla heç bir əlaqəsi yoxdu. Bu təşkilat bir alətdir və bu alət dünya gücləri tərəfindən konkret geosiyasi maraqlar naminə istifadə olunur. Bu son zamanlar «Əl-Qaidə»dən sonra təşkil olunmuş böyük və ən təhlükəli qruplardan biridir.
Çox maraqlıdır ki, bu təşkilat bir güc tərəfindən idarə olunmur. Bu alətdən müxtəlif dövlətlər: həm Qərb dünyası, həm İsrail, eyni zamanda Yaxın Şərqdəki müsəlman ölkələri istifadə edirlər. Burda bir çox geosiyasi maraqlar toqquşur və bu toqquşan maraqlar kontekstində də İŞİD qrupu öz maraqları kontekstində oynayır.
Bu gün İŞİD terror qrupuna maliyyə nöqteyi-nəzərindən çox ciddi şərait yaradılır. Harda neft var, İŞİD ordadı. Bu neftdən də onlar külli miqdarda vəsait qazanırlar. Amma həmin beynəlxalq güclər İŞİD təşkilatının bu maliyyə qaynağını kəsməkdə maraqlı görünmür və bu addımı atmırlar. Yalnız hava zərbələrilə bu məsələni həll etməyə çalışırlar. Amma bununla onun sonuna çıxmaq mümkün deyil. Hərbi müdaxilə ilə yanaşı ona maliyyə mənbəyi qurudulmalıdır”.
Politoloq bu qurumun özünün İslami bir təşkilat kimi təqdim etməsini dini amillə əlaqələndirir. “Xristian dünyasının bu məsələdə iki marağı var. Birincisi, qərb öz geosiyasi maraqlarını təmin edir. İkinci tərəfdən islam dünyasını qlobal səviyyədə gözdən salmağa çalışır: baxın İslam budur, İslam vəhşiləşmiş bir dindir.
Bu yolla məlumatlar dünyaya yayır, dünyada bir İslam xofu yaradılır. Bunun səbəbi isə odur ki, Yəhüdi və Xristian dünyası İslamın getdikcə inkişaf etməsindən, yayılmasından qorxur. Çünki Qərbdə çox ciddi sürətdə islamlaşma prosesi gedir. İnsanlar İslamı daha dərindən tanıdıqca, onu qəbul edir. Qərb isə bunun qarşısını almaqda aciz qalır. Ona görə də İslamı gözdən salmaq üçün müxtəlif metodlardan istifadə edirlər. Belə metodlardan biri də, məhz terrordur, terror qruplaşmalarının İslami təşkilatlar kimi təqdim olunmasıdır.
Təbii ki, bu proseslərin aparıldığı ərazilər də müsəlman torpaqlarıdır. Onları yaradanlar isə Qərbdir. Sözsüz ki, xristian dünyası bunu Avropanın mərkəzində etməyəcək. Məhz bu səbəblərdən də bu gün bütün müharibələr, qanlı döyüşlər İslam dini ilə əlaqələndirilir. Qanlı hadisələr, Qərbin əlində oyuncaq olan, onların məqsədlərinə xidmət edən terror təşkilatları tərəfindən müsəlman ölkələrdə törədilir. Məqsəd müsəlman ölkələrin birliyini pozmaq, aralarında nifaq salmaq, onları zəiflətməkdir. Zəif müsəlman dünyasını isə idarə etmək, sərvətini talamaq daha asandır”.

Bəhruz

Tarix
16 Oktyabr 2014 [18:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin