Ana səhifə
20 Sentyabr 2018

“Payızda zəhərlənmələr daha çox konserv məhsullarından olur”

“Konserv məhsulu elədir ki, istifadə müddəti keçməsə belə təhlükəli ola bilər”

 

 

Məlahət Abbasova: “İmmun sistemi zəif olan insanlar qida zəhərlənmələrinə daha tez reaksiya verirlər”

 

 

Gündəlik qəbul etdiyimiz qidalar orqanizmin sağlamlığı üçün nə qədər əhəmiyyətli olsa da, bəzən zəhərlənmələr qaçılmaz olur. Bu il üçün qida zəhərlənmələrinin sayı daha çox oldu. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1102 nəfər qidadan zəhərlənib. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 986 qida zəhərlənməsi hadisəsi baş verib. Bu müddətdə 14 botulizm hadisəsi baş verib. Nəticədə 20 nəfər zərər çəkib. Botulizm nəticəsində 1 nəfər dünyasını dəyişib. Təkcə sentyabr ayında 84 qida zəhərlənməsi hadisəsi baş verib ki, nəticədə 84 nəfər qidadan zəhərlənib. Zəhərlənmə hadisələrinin 1-i botulizm (ən ağır bakterial qida zəhərlənməsi) olub. Bu hadisə nəticəsində 1 nəfər qidadan zəhərlənib.

Zəhərlənmə hadisələri əsasən məişət şəraitində baş verib. Ümumilikdə, qida zəhərlənmələrinin ümumi sayında kütləvi zəhərlənmələrin payı çox az olub.

Yay aylarında qidalar tez xarab olduğu üçün zəhərlənmələrə çox rast gəlinirdi. Amma havalar soyusa da, qida zəhərlənmələrinin sayında azalma müşahidə olunmur. Bu aylarda qida zəhərlənmələrinə ən çox səbəb nə olur? Həkim-terapevt Məlahət Abbasova deyir ki, qidadan zəhərlənmələrinə əsas səbəb keyfiyyətsiz qidanın qəbuludur: “Baxır orqanizm həmin məhsula necə cavab verir? Göbələyi 5 adam yeyir, 3-ü həyatını itirir, biri yülgülvari zədələnir, birinə ümumiyyətlə heç nə olmur. Orqanizm fərqli olduğu üçün qidaya reaksiya da müxtəlif olur. Marketdən mal alanda istifadə tarixinə diqqət etsinlər. Pərakəndə küçələrdə satılan qidaları almasınlar. Təmizliyinə əmin olduqları yerlərdən alsınlar. Küçədə satılan ət məhsullarından almasınlar. Bu kimi qaydalara əməl etmək zəhərlənmələrin qarşısını almaqda mühüm rol oynayır”.

Həkim deyir ki, immun sistemi zəif olan insanlar qida zəhərlənmələrinə daha tez reaksiya verirlər: “Mədə-bağırsaq sistemi xəstə olan insanlar da keyfiyyətsiz qidalar qəbul etdikdə, tez zəhərlənməyə məruz qalırlar. Əgər yeməyi yeyəndən yarım saat sonra ürəkbulanma yaranırsa, qarında narahatçılıq hiss edirsə, zəhərlənmədən danışmaq olar. Mütləq həkimə müraciət olunsun”.

M.Abbasova deyir ki, zəhərlənmənin ən ağır növü botulizmdir, buna görə də qida zəhərlənməsi zamanı çox diqqətli olmaq lazımdır: “Bu çox ağır infeksion xəstəlikdir. Botulizm əgər xəstəxanaya gec çatdırılsa 90 faiz özlümlə nəticələnir. Botulizm zəhərlənmələri daha çox konserv məhsullarından baş verir. Konserv məhsulu elədir ki, istifadə müddəti keçməsə belə təhlükəli ola bilər. Hava çəkə, vaxtından əvvəl xarab ola bilər. Bunlara diqqət etmək lazımdır. Konservləşdirilməni qaydasında etmək lazımdır ki, sonradan sağlamlıq üçün heç bir təhlükə törətməsin. Necə gəldi istifadə etməsinlər. Konserv məhsullarını uşaqlara verilməsi isə düzgün deyil. 7-10 yaşa qədər verməsinlər. Çünki uşaq orqanizmi zəif olur. Payızda zəhərlənmələr daha çox konserv məhsullarından olur”.

Həkim deyir ki, qida zəhərlənməsi gözün kor olmasına, qulağın tutulmasına, beyin pozğunluğuna, mədə-bağırsaq sisteminin pozulmasına, kəskin böyrək çatışmamazlığına gətirib çıxara, iflic yarada bilər. Ona görə də qidalara xüsusi diqqət yetirmək lazımdır.

 

 

Aygün Asimqızı

Tarix
16 Oktyabr 2014 [20:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin