Balakəndə qonaq gedən koronavirus xəstəsinə cinayət işi başlanılıb

09:41 - 23 Oktyabr 2021 - ÖLKƏ İÇİ

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının xüsusi karantin rejimi ilə əlaqədar keçirdikləri nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, rayon sakini Sevil Qayxanovanın COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və infeksiyanın yayılmasına şərait yaradıb. Belə ki, həmin şəxs idarə etdiyi “Opel” markalı avtomobillə qohumlarına qonaq gedərkən polis əməkdaşları tərəfindən saxlanılıb və tibbi prosedurlar da gözlənilməklə evinə geri qaytarılıb. S.Qayxanova barəsində Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Xəbər xətti