Yevlaxda ağır qəza, yaralılar var

21:35 - 22 Oktyabr 2021 - HADİSƏ

Yevlaxda beş nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Qaraməmmədli kəndində baş verib.

Belə ki, VAZ 21011 markalı minik avtomobili VAZ 2107 markalı minik avtomobili ilə toqquşub.

Qəza zamanı beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xəsarət alanlar 1982-ci il təvəllüdlü Günay Rəhimova, 1976-cı il təvəllüdlü Xumar Zeynalova, 1946-cı il təvəllüdlü Əsli Eyvazova, 1969-cu ilə təvəllüdlü Yaqub Əhmədov və 1965-ci il təvəllüdlü Qədir Qədirovdur.

Faktla bağlı araşdırma aparılır.///qafqazinfo

Xəbər xətti