Ana səhifə
20 Noyabr 2018

“Adsız mələk” - FOTO

ADU-da “8 mart-Beynəlxalq Qadınlar günü”nə həsr olunmuş tədbir keçirilib

 

Martın 5-də Azərbaycan Dillər Universitetində Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin 225 a qrup tələbəsi Şəms Əsgərlinin təşkilatçılığı ilə “8 mart-Beynəlxalq Qadınlar günü”nə həsr olunmuş “Adsız mələk” adlı tədbir keçirildi. Tədbirdə ADU-nun Elmi işlər üzrə prorektoıru, professor Dünyamin Yunusov, Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev, Tədris işləri üzrə prorektor, doktor Vazeh Əsgərov, universitetin professor-müəllim və tələbə heyəti iştirak edirdi. Tədbirdə Pedaqoji (ingilis dili-alman dili) fakültənin tələbələri Nərmin Seyidova və Lalə Məmmədzadə “Mələk” türk mahnısını, Pedaqoji (ingilis dili-fransız dili) fakültənin tələbəsi Adnan Süleymanova “Pretty woman” mahnısını ifa etdilər. Pedaqoji (ingilis dili-alman dili) fakültənin tələbələri Gözəl Həsənli “Ana” şeirini söylədi, Amil Eldarov özünün müəllifi olduğu repi səsləndirdi, Elnura İgidova və Müjqan Məmmədova ingilis dilində mahnı ifa etdilər. “8 mart-Beynəlxalq Qadınlar günü”ndə sevdiklərini sevindirmək üçün hədiyyə seçimindəki tərəddüdlərin əks olunduğu səhnəcik göstərildi.  “Ana müqəddəsdir” və “Qadına qarşı zorakılığa “Yox!” deyək” adlı videoçarx nümayiş olundu. ADU-nun “Dalğa” rəqs qrupu “Ağ çiçəyim” adlı rəqslərini nümayiş etdirdilər. Digər tələbələr yerli və xarici mahnılar oxudular, rəqslər təqdim etdilər, həmçinin oğlan tələbələri universitetin xanımlarını “Bakı qızları” mahnısı ilə təbrik etdilər.

Tədbirdə universitetdə çalışan xanım əməkdaşları, o cümlədən tələbə qızlar universitetin ictimai həyatında göstərdikləri fəallığa görə universitetin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun təşəkkürünə layiq görüldülər, ADU Müəllim Həmkarlar İttifaqı Komitəsi və Tələbə Həmkarlar İttifaqı tərəfindən pul mükafatı ilə təltif olundular.

 

Fidan

 

 

Tarix
5 Mart 2015 [17:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin