DİN şəhid mayorun xanımının öldüyü qəza ilə bağlı məlumat yayıb

13:07 - 22 Oktyabr 2021 - HADİSƏ

Daxili İşlər Nazirliyi (DİN) Kürdəmir rayonunda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, oktyabrın 21-də saat 14 radələrində Kürdəmir rayonunun Şüşün kəndi ərazisində Bakı şəhər sakini Günel Ələsgərova (şəhid Rəhim Hüseynovun həyat yoldaşı) idarə etdiyi “Ford” markalı avtomobili aşırıb.

Nəticədə özü və sərnişini Emin Tağıyev hadisə yerində ölüblər.

Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti